Əməkdaşlar tətil edə bilərlər
.
Həmkarlar ittifaqları şirkətin rəhbərliyi ilə razılığa gələ bilməsələr, “Volkswagen”in on minlərlə əməkdaşı tətil edə bilər. Bu barədə Almaniyanın ən böyük həmkarlar ittifaqı “IG Metall” xəbər verir. Yenidən danışıqlara səbəb “Volkswagen” rəhbərliyinin 2025-ci ildən işçilərin çox sayda ixtisarına başlamaq planları olub. Şirkət nümayəndələri öz addımlarını xərclərin azaldılması zərurəti ilə izah edir, lakin hər iki tərəfə uyğun olan məqbul həllərin tapılacağına ümid etdiklərini bildiriblər.