Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Aqrar sahədə müxtəlif nominasiyalar üzrə müsabiqə elan olunub

Qaliblər müəyyənləşdirilərkən peşə hazırlığının səviyyəsi və əmək intizamına riayət əsas meyar kimi götürüləcək.

02.10.2024 11:40
10
A+
A-

1 Noyabr - Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar “Ən yaxşı aqronom” (toxumçuluq üzrə), “Ən yaxşı aqronom” (bitki mühafizəsi üzrə), “Ən yaxşı baytar həkim”, “Ən yaxşı aqrokimyaçı”, “Ən yaxşı aqrobator”, “Ən yaxşı fumiqasiya mütəxəssisi” və “Ən yaxşı təlimçi” nominasiyaları üzrə müsabiqə elan olunub.

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və Aqrar Xidmətlər Agentliyi tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Qaliblər müəyyənləşdirilərkən peşə hazırlığının səviyyəsi və əmək intizamına riayət əsas meyar kimi götürüləcək.

Fərqlənənlər ASİHİB-nin diplom və mükafatları ilə təltif olunacaq.

ETİKETLƏR: