Velomarafon təşkil edilib
.
“Yaşıl dünya naminə həmrəylik ili” daxilində Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Şurasının, TƏBİB, Pirallahı Tibb Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkillatçılığı ilə velomarafon təşkil edilib.
Tədbir ekoloji təmizliyə riayət etmək, təmiz nəqliyyat no?vlərindən istifadənin təşviqi və insanlara sağlam həyat tərzini aşılamaq məqsədilə keçirilib.
Velomarafona 100 nəfərədək tibb və qeyri-tibb işçisi qoşulub. Marafon iştirakçıları küləklər şəhəri, gözəl Bakı bulvarında, “Dəniz Mall” Ticarət Mərkəzindən Bayraq Meydanına kimi və əks istiqamətdə olmaqla, ümumilikdə 6 kilometrlik məsafəni velosiped ilə qət ediblər.
Tədbirin sonunda iştirakçılar Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Şurası tərəfindən sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.