Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də üzv təşkilatların rəhbərlərinin iştirakı ilə iclas

İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda duran vəzifələr müzakirə olunub və müəyyənləşdirilib.

09.10.2024 10:18
12
A+
A-

Oktyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun rəhbərliyi, üzv və tabe təşkilatların sədrlərinin iştirakı ilə iclas keçirilib.

İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda duran vəzifələr müzakirə olunub və müəyyənləşdirilib.

AHİK sədri Sahib Məmmədov üzv və tabe təşkilatların sədrlərinə əmək hüquqları ilə bağlı ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılması və dərindən araşdırılması, qaldırılan məsələlərin vaxtında və dəqiq həll olunması, həmçinin fəaliyyətin və idarəetmə mexanizminin təkmilləşdirilməsi barədə tapşırıqlarını verib.

Şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması prinsiplərinə əsaslanmağı xüsusi vurğulayan Konfederasiya sədri cəmiyyətdə həmkarlar ittifaqlarının nüfuzunun artırılması, fəaliyyətdə keyfiyyətin yüksəldilməsi, konseptual və sistemli yanaşmanın tətbiqini qeyd edib.

Eləcə də iclasda üzv təşkilatların rəhbərləri qarşıdakı planlar barədə danışıb. Qarşılıqlı müzakirələr aparılıb.

ETİKETLƏR: