Azərbaycan Halal Biznes və Turizm Forumu
İki gün davam edən forumda halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə edilib.
Bakıda İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilib.
İki gün davam edən forumda halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə edilib.
Dünyanın müxtəlif regionlarından olmaqla, forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.
Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Forumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov da iştirak edib.