Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təmiz enerjiyə keçiddə sosial ədalət tələb edirik

L.Trianql bildirib ki, ədalət əvvəldən rəhbər prinsip olmalıdır və bunun üçün alətlərimiz var. Sosial dialoq və kollektiv danışıqlar bu keçidin işçilərə və icmalara fayda gətirməsini təmin edə bilər.

09.10.2024 12:47
5
A+
A-

Braziliyanın Foz do İquaçu şəhərində keçirilən İnsan Mərkəzli Təmiz Enerjiyə Keçid üzrə Qlobal Komissiyanın birinci yüksək səviyyəli iclasında çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Luk Trianql enerji islahatlarında sosial ədalətin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Deyib ki, siyasətçilər çox vaxt təmiz enerjiyə keçiddə ədalət və sosial legitimliyə məhəl qoymurlar. İş yerlərinin itirilməsi və artan xərclərin aradan qaldırılması üçün qərarların qəbul edilməsini gözləyə bilmərik.

L.Trianql bildirib ki, ədalət əvvəldən rəhbər prinsip olmalıdır və bunun üçün alətlərimiz var. Sosial dialoq və kollektiv danışıqlar bu keçidin işçilərə və icmalara fayda gətirməsini təmin edə bilər.

BHİK enerji sistemindəki struktur dəyişikliklərinin bütün dünyada iş yerlərinə və yaşayış səviyyəsinə böyük təsir göstərəcəyini, yeni imkanlar və risklərə səbəb olacağını vurğulayıb:

- Düşünülmüş siyasət olmadan enerji qiymətlərinin artması və iş yerlərinin itirilməsi işçilərə qeyri-mütənasib şəkildə təsir edə bilər.

- Emissiyaları aşağı olan sektorlar kollektiv danışıqlarda daha zəif təmsil olunur və işçiləri keçid zamanı daha həssas edir.

- Kollektiv sövdələşmə və sosial dialoq uzunmüddətli perspektivdə işçilər üçün ədalətli əməkhaqqı və sabitliyi təmin edərək, aşağı emissiyaları olan sektorlarda şəraiti yaxşılaşdıra bilər.

BHİK-in Baş katibi həmçinin COP29-IEA Yüksək Səviyyəli Enerji Keçid Dialoqu və “Təmiz Enerji və İnnovasiyalar üzrə Nazirlər” iclaslarında da çıxış edib.

O, hökumətləri ədalətli keçid prinsiplərini öz milli müəyyənləşdirilmiş töhfələrinə inteqrasiya etməyə, iqlim və enerji siyasətlərində əmək hüquqlarını və ədalətli təcrübələri təmin etməyə çağırıb. Bu təminatlar olmadan keçid dövrü qeyri-bərabərliyi artırır və ictimai dəstəyi azaldır.

ETİKETLƏR: