Kitabxanada COP29-a həsr olunan uşaq rəsm sərgisi açıldı
Sərgidə balaca rəssamın yağlı boya ilə çəkdiyi “Qış nağılı”, “Günəşin batması”, “Meşə” və muncuqla işlədiyi “Ceyran”, “Fil”, “Sakura gülü” və b. rəsmləri nümayiş olunur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında mütəmadi olaraq Fəxri və fəal oxucuların rəsm və əl işlərinin sərgiləri təşkil olunur.
Növbəti rəsm sərgisi Bakıda noyabr ayında keçiriləcək COP29-a həsr olunur. Kitabxananın kiçikyaşlı fəal oxucusu Gözəl Namazova təbiətə, aydın səmaya, ətraf mühitə, heyvanat və bitki aləminə həsr etdiyi rəsmləri böyük həvəslə kitabxanaya təqdim edib.
Gözəl Namazova kiçik yaşlarından rəsm çəkməyə başlayıb. Bakıdakı Oksford məktəbinin (Baku-Oxford School) 6-cı sinfində təhsil alan gənc rəssam rəsmlər çəkməyi və rəsmlər üzərində rəngli muncuqlarla işləməyi sevir.
Sərgidə balaca rəssamın yağlı boya ilə çəkdiyi “Qış nağılı”, “Günəşin batması”, “Meşə” və muncuqla işlədiyi “Ceyran”, “Fil”, “Sakura gülü” və b. rəsmləri nümayiş olunur.
G.Namazovanın fərdi rəsm sərgisi kitabxanada bir ay davam edəcək.