Kənan Heybətov çempion olub
.
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.
Yarışda ölkəmizi təmsil edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək çempion olub. Məşqçi-müəllim Cəbrayıl Həsənovun yetirməsi 70 kq. çəki dərəcəsində mübarizə aparıb.
Qeyd edək ki, Kənan 2022-ci ildə sərbəst güləş üzrə U-20 dünya çempionatının qalibi olub. 2024-cü ildə keçirilən U-23 Avropa çempionatında ikinci yeri tutub.