Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qızıl və bürünc medal qazanıblar

Qalib idmançılar kubok, diplom və medallar ilə mükafatlandırılıblar.

09.10.2024 13:05
10
A+
A-

Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirilib. Goranboy Olimpiya İdman Kompleksində baş tutan turnirdə Azərbaycan, Serbiya, Türkiyə, Lüksemburq, Küveyt, Estoniya, Latviya və digər ölkələrdən yığma komandalar, UGİM-lər və klublar olmaqla 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.

Yarışda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Atilla” İdman Klubunun yetirmələri Polad Həsənli (73 kq.) qızıl və Samin Səlimli (50 kq.) isə bürünc medal qazanıblar.

Qalib idmançılar kubok, diplom və medallar ilə mükafatlandırılıblar.

ETİKETLƏR: