Azərbaycan İdman Akademiyasının tələbələri sərgidə iştirak ediblər
.
Azərbaycan İdman Akademiyasının tələbələri Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya ediblər.
Xatırladaq ki, bu il sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
200-dən çox yerli və xarici təşkilatın, eləcə də 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirak etdiyi tədbirdə tələbələr müxtəlif mövzularda kitablarla tanış olub, müəlliflərlə görüşmək və onlarla fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Qeyd edək ki, ekskursiyanın əsas məqsədi tələbələr arasında kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təşviq etmək və onları nəşriyyat sahəsindəki ən son rəqəmsal yeniliklərlə tanış etməkdən ibarət olub.