İttifaq fəalları üçün kurslar
.
Oktyabrın 8-10-da Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv qurumu “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Əmək və Sosail Münasibətlər Akademiyasının (AƏSMA) təşkilatçılığı ilə həmkarlar ittifaqı fəalları üçün kurslar təşkil olunub.
Təlimin proqramına aşağıdakı mövzular daxil edilib:
“Mediasiya haqqında ümumi müddəalar. Vasitəçinin hüquqi statusu. Vasitəçilik proseduru”, “Həmkarlar ittifaqlarının əsas funksiyaları. Təşkilati işin əsas istiqamətləri. Həmkarlar ittifaqı təşkilatında informasiya işi. İnformasiya ilə işləmə texnologiyaları ilk həmkarlar ittifaqı təşkilatında kargüzarlıq. Həmkarlar ittifaqı üzvlüyü və həmkarlar ittifaqı fəaliyyəti üçün motivasiya”, “Əməyin motivasiyası, müasir işçinin ehtiyacları. Motivasiya prosesi üçün informasiya dəstəyi. Motivasiya tədbirlərinin təşkili”, “Həmkarlar ittifaqları və işəgötürənlər arasında qarşılıqlı əlaqə. Kollektiv müqavilə əsas sənəd kimi”, “Əməyin mühafizəsi işinə normativ və hüquqi təminat. Əməyin mühafizəsinin təşkili və işçilərin əməyin mühafizəsi hüquqlarının təmin edilməsi”, “İşçilərin özünü müdafiəsi. Özünümüdafiə əmək hüquqlarını qorumaq üsulu kimi”, “Kibertəhlükəsizlik: əsas konseptlər, ümumi təhdidlər və zəifliklər, “Həmkarlar ittifaqı liderinin imici. Komanda və lider”.
Kursları aparmaq üçün AƏSMA “Hümanitar fənlər” kafedrasının müdiri Nailə Qəhrəmanova, “Tağiyev Operating Company” MMC HİK sədri Abbasəli Rüstəmli, Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi Könül Mikayılzadə, Neft və Qaz Sənayesi İşçiləri HİRK-in Sosial-iqtisadi şöbəsinin müdiri Ramin İsmayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının “Dövlət qulluğu və kadr məsələləri “ şöbəsinin müdir müavini Rauf Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizliyin idarə edilməsi” sektorunun aparıcı məsləhətçisi Rüstəm Müzəffərov, “Senur” Psixolojı Mərkəzinin psixoloqu Məsməxanım Hacıyeva dəvət olunublar. Onların hər biri təqdimatlarla çıxış edərək müvafiq mövzuları peşəkarcasına işıqlandırıblar.
“Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Aydın Xəlilov həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin səmərəli müdafiəsi üçün zəruri olan bu kursların davamlı keçirilməsinin vacibliyini qeyd edib.