Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları gəzintidə
.
Oktyabrın 12-də Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun 32 əməkdaşı Quba və Qusar rayonlarında turist səfərində olub. Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə institutun həmkarlar təşkilatı tərəfindən həyata keçirilib.
Gəzintidə iştirak edənlər “Dəyirman” və “Ranço” istirahət mərkəzlərində nahar və şam yeməklərini yeyiblər. Gəzinti maraqlı anlar ilə yadda qalıb.