Dövlət qulluqçularına ömürlük müavinət hansı hallarda təyin edilir?
- “Sosial müavinətlər haqqında” qanunun 7.0.1. maddəsinə əsasən, dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” qanuna əsasən, inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.
Əfruz KƏRİMOV, Şəki şəhəri.
- “Sosial müavinətlər haqqında” qanunun 7.0.1. maddəsinə əsasən, dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” qanuna əsasən, inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.
Əmək qabiliyyəti olmayan şəxslərin anlayışına hansı şəxslər daxildir?
Təvəkkül AĞAZADƏ, Bakı şəhəri.
- “Sosial müavinətlər haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər dedikdə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, “Əmək pensiyaları haqqında” qanunun 7 və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər başa düşülür. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə, bu gün pensiya təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların yaş həddi isə 62 yaş yarımdır.
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Qonşunun oğlunun 14 yaşı var. Anası narazılıq edir ki, onun xəbəri olmadan oğlu ticarət mərkəzində işə düzəlib, müqavilə bağlayıb, işləyir. Belə olarmı?
Səfurə KƏRİMOVA, Gəncə şəhəri.
- Olmaz. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. İnzibati Xətalar Məcəlləsinin 192.8. maddəsinə əsasən, 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Onu da qeyd ermək lazımdır ki, on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
SSRİ dağılanadək başqa respublikada uzun müddət işləmişəm. Bilmək istəyirəm, həmin müddət mənim pensiyamda nəzərə alınacaq?
Səyyad MƏMMƏDOV,Yevlax şəhəri.
- Bəli, “Əmək pensiyaları haqqında” qanunun 23.2. maddəsinə görə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Amma hazırda vətəndaşların başqa dövlətlərin ərazisindəki iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.