AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib
Sonra iclasın gündəliyində duran məsələlərə baxıldı.
Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
Öncə tarixi Zəfəri Azərbaycan xalqına yaşadan, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib. Sonra AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Vətən müharibəsi günlərində ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, diplomatik, siyasi cəbhədə qazanılan uğurlar, dövlət-xalq birliyi mövzusunda geniş nitq. İcraiyyə Komitəsinin üzvləri də söz alaraq Respublika Prezidentinin diplomatik və komandanlıq məharətindən, Ordumuzun şücaətindən danışdılar.
Sonra iclasın gündəliyində duran məsələlərə baxıldı.
“Azərbaycanda əməkhaqqı sahəsində vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri” barədə qərar layihəsinin müzakirəsi zamanı çıxış edən AHİK sədri əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtlarının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində həmkarlar ittifaqı təşkilatlarının fəal iş aparmasının vacib olduğunu diqqətə çatdırdı və tövsiyələrini verdi.
İcraiyyə Komitəsi Azərbaycan televiziyasının 65 illiyi, radiosunun 95 illiyi ilə əlaqədar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin işində səmərəli fəaliyyət göstərən, fərqlənən əməkdaşların AHİK-in Fəxri fərmanları ilə təltif olunması barədə müraciətə müsbət rəy verdi. QSC-nin bir qrup əməkdaşına birdəfəlik maddi yardım göstərilməsi haqqında qərar qəbul etdi.
Gündəlikdə duran digər məsələlər də müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.