Bir qrup mədəniyyət xadiminə Fəxri Fərman verildi
Əvvəlcə Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri Sahib İbrahimli və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Teatrın yeni mövsümə başlaması ilə bağlı çıxış edən şəhər rəsmiləri, ictimaiyyət və mədəniyyət nümayəndələri Gəncə teatrının Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıblar.
Çıxışlardan sonra bir qrup mədəniyyət xadimi Gəncənin mədəni həyatında fəal iştirakına və teatr sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə Gəncə Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Daha sonra teatrsevərlərə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası təqdim olunub. Tamaşada Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rəhilə Məmmədova, İlham Hüseynov, Elxan Abbasov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.