“Həmkarlar ittifaqı cəmiyyətin sosial institutu kimi”
DOST Agentliyinin xidmətləri departamentinin Xidmətlərin təşkili şöbəsinin məsləhətçisi Əşrəf Qurbanov isə “Məşğulluq və əmək, sosial müdafiə siyasəti” mövzusunda çıxış etmişdir.
Oktyabr ayının 22-də onlayn formatda zoom vasitəsilə “Kənd-Qida-İş” Hİ Federasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası birgə “Həmkarlar ittifaqı cəmiyyətin sosial institutu kimi” mövzusunda seminar keçirmişdir.
Sahə Hİ-nin komitə sədrləri və fəallarının qatıldığı seminarı giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev açdı. O, dövlətimizin sosial siyasət sahəsində atdığı addımlardan, Davamlı İnkişaf Proqramının reallaşdırılması, pandemiya dövründə, Vətən müharibəsi günlərində qazanılan uğurlardan həssas təbəqələrə göstərilən mənəvi, maddi dəstəkdən danışdı. Dedi ki, bütün bu işlərdə, tədbirlərdə həmkarlar ittifaqı təşkilatları fəal iştirak etmişdir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının Əmək siyasəti şöbəsinin Əməyin ödənilməsi və əmək münasibətləri sektorunun baş məsləhətçisi Fəridə Hacıyeva “Əmək Məcəlləsində son dəyişikliklər, yeniliklər və əlavələr, fərdi və kollektiv əmək mübahisələri: xüsusiyyətləri, əmək mübahisəsi anlayışları, tənzimləmə bazası”, “Əməkhaqqının quruluşu və funksiyaları. Ədalətli əməkhaqqı sisteminin qurulmasında həmkarlar ittifaqlarının rolu. Əməkhaqqının hüquqi təminatı” mövzularında məruzə etmişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası şöbəsinin baş məsləhətçisi Fidan Rüstəmovanın “İcbarı Tibbi Sığorta haqqında” qanunu və Agentliyin fəaliyyəti barəsində çıxışı dinlənilmişdir. Çıxışda qanunun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyən edilməsi və tibbi sığortanın subyektləri arasındakı münasibətlərin tənzimlənməsi məsələləri əksini tapmışdır.
DOST Agentliyinin xidmətləri departamentinin Xidmətlərin təşkili şöbəsinin məsləhətçisi Əşrəf Qurbanov isə “Məşğulluq və əmək, sosial müdafiə siyasəti” mövzusunda çıxış etmişdir.
Çıxışlardan sonra seminar öz işini müzakirələrlə davam etdirmişdir. Mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.