Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hamı üçün layiqli əmək, sosial ədalət və sosial dialoq

Q.Rayder bildirib ki, G20 ölkələri öz səylərini aktivləşdirir, qarşılaşdığımız qlobal problemlərin qlobal həllərinə ehtiyac var və bu cavaba işçiləri və əmək bazarlarını da daxil etməliyik. Bizə inklüziv, dayanıqlı və davamlı olacaq insan yönümlü bərpa lazımdır.

04.11.2021 12:25
22
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder G20 ölkələri liderlərinin COVID-19 pandemiyasından sonra bərpa planlarında insan yönümlü siyasətə yanaşmalar tətbiq edəcəkləri barədə bəyanatını alqışlayıb. G20 ölkələrinin Bəyannaməsi keçən ilin iyun ayında 187 üzv dövlət tərəfindən qəbul edilmiş BƏT-in insan yönümlü bərpa fəaliyyətinə Qlobal Çağırışını davam etdirir.

Bəyannamədə COVID-19 pandemiyası nəticəsində bərabərsizliyin daha da ağırlaşması, G20 ölkələri liderlərinin təhlükəsiz və sağlam əmək şəraiti, hamı üçün layiqli əmək, sosial ədalət və sosial dialoqa sadiqliyi vurğulanır.

Bəyannamədə deyilir ki, bərabərsizliyi azaltmaq, yoxsulluğu aradan qaldırmaq, işçilərin əmək bazarlarına keçidini və reinteqrasiyasını dəstəkləmək, inklüziv və davamlı inkişafı təşviq etmək üçün sosial təhlükəsizlik şəbəkələri gücləndiriləcək.

BƏT-in Baş direktoru G20 liderlərinə müraciətində BƏT-in qlobal əmək bazarının durğunlaşdığını və təşkilatın COVID-19 və əmək dünyası ilə bağlı son hesabatında vurğulandığı kimi, daha yüksək və aşağı gəlir səviyyəsinə malik ölkələr arasında “böyük fərq” olduğunu qeyd edib:”Əmək bazarının bərpası perspektivləri təchizat zəncirindəki uğursuzluqlar, enerjidaşıyıcılarının qiymətinin sıçrayışları, inflyasiya və borc böhranı ilə bağlı narahatlıqlar qarşısında qeyri-bərabər və qeyri-müəyyən olaraq qalır. Dirçəlmə hər bir ölkənin düzgün büdcə stimullarını həyata keçirmək qabiliyyətindən və peyvəndlərin mövcudluğundan çox asılıdır”.

Q.Rayder bildirib ki, G20 ölkələri öz səylərini aktivləşdirir, qarşılaşdığımız qlobal problemlərin qlobal həllərinə ehtiyac var və bu cavaba işçiləri və əmək bazarlarını da daxil etməliyik. Bizə inklüziv, dayanıqlı və davamlı olacaq insan yönümlü bərpa lazımdır.

Q.Rayder G20 ölkələrinin Dayanıqlı İnkişaf üzrə Sessiyasında sosial müdafiə və daha yaşıl iqtisadiyyata ədalətli keçidin də əsas məsələlərdən biri olduğunu vurğulayıb.O, ölkələri BMT-nin Baş katibinin başlatdığı Qlobal Məşğulluq və Sosial Müdafiə Sürətləndiricisini dəstəkləməyə çağırıb.

Qlobal sosial investisiya boşluğunu ara

dan qaldırmaq üçün yerli, milli və beynəlxalq səviyyələrdə birgə səylərə ehtiyacımız var.

Bizə ədalətli keçid lazımdır ki, ümumi yumşaldıcı məşğulluq üzrə dividendlər tam ödənilsin və ümumilikdə bağlanan iş yerlərindən daha artığı yaradılsın.

Liderlərin Bəyannaməsi ölkələrin gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasına, qadınların məşğulluğunun sayını və keyfiyyətini sürətlə artırmaq öhdəliyini bir daha təsdiqlədi.

Bundan başqa, gender zorakılığının, rəqəmsal gender fərqinin aradan qaldırılması, gənclərdə bacarıqların inkişaf etdirilməsi, miqrantların və qaçqınların pandemiyaya reaksiya tədbirlərinə daxil edilməsi də başlıca vəzifə idi.

Həmçinin Bəyannamədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı  və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıqda hazırlanmış 2021-ci il üçün beynəlxalq miqrasiya və məcburi yerdəyişmə istiqamətləri və siyasəti haqqında illik hesabat yer alıb.

 

ETİKETLƏR: