Əməkdaşlığın vacibliyi vurğulanıb
Görüşün yekununda tərəflər bir-birinə hədiyyələr bağışlamışlar.
Oktyabr ayının 28-də Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasında Özçelik-İş Sendikasının (Qara Metalurji, Polad və Metal İşləmə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyi, Özçelik-İş Sendikasında 42000 üzv vardır) prezidenti Yunus Değirmenci ilə görüş keçirilmişdir. Federasiyanın prezidenti Bəkir Yusifov və Y.Değirmenci rəhbəri olduqları təşkilatlar barədə bir-birini məlumatlandırmış, qarşılıqlı əməkdaşlığın vacibliyini söyləmişlər.
Görüşdə “Hak-İş” Konfederasiyasının vitse-prezidenti Osman Yıldız və Özçelik-İş Həmkarlar İttifaqı Federasiyasının nümayəndələri iştirak etmişlər.
Görüşün yekununda tərəflər bir-birinə hədiyyələr bağışlamışlar.