Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti

Vətən müharibəsində iştirak etmiş əməkdaşlar mükafatlandırıldı

8 Noyabr-Zəfər Günü ilə əlaqədar Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi (AHİİTİB) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

10.11.2021 11:52
16
A+
A-

Öncə tarixi Zəfəri Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilmişdir. Sonra AHİİTİB-in sədri Nadir Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçdiyi tarixi, şərəfli Zəfər yolundan geniş söz açmışdır.

Tədbirin sonunda İctimai Birliyin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları maddi yardım və Fəxri fərmanlarla təltif edilmişdir.

ETİKETLƏR: