Tənəffüs vasitəsilə koronavirus test sistemi tətbiq ediləcək
Sinqapur hakimiyyəti aeroportlarda tənəffüs vasitəsilə koronavirus testlərinin aparılması üçün yeni aparatlar yerləşdirməyi, eləcə də onlardan böyük tədbirlər zamanı istifadəni planlaşdırır.
Sinqapur hakimiyyəti aeroportlarda tənəffüs vasitəsilə koronavirus testlərinin aparılması üçün yeni aparatlar yerləşdirməyi, eləcə də onlardan böyük tədbirlər zamanı istifadəni planlaşdırır.
“TracieX” adlı qurğu klinik tədqiqatlar zamanı nəticələrdə 95 faiz səviyyəsində dəqiqlik nümayiş etdirib ki, bu da polimeraz zəncirvari reaksiya testlərinin effektivliyinə uyğundur. Bununla yanaşı, hər tədqiqatın qiyməti təxminən 20 dollar təşkil edir. Və nəticəni 2 dəqiqə ərzində əldə etmək mümkündür.
“TracieX” qurğuları artıq Milli Yoluxucu Xəstəliklər Mərkəzində və Çangi Hava Limanında test rejimində istifadəyə verilib. Aeroportda sərnişinlərə bu üsulla müayinədən keçmək təklif edilir. İyunda cihazların kütləvi istehsalına başlamaq planlaşdırılır. İlkin mərhələdə hər ay 200 min test nümunəsi istehsal olunacaq. Gələcəkdə onların aylıq sayının 2 milyona çatdırılması nəzərdə tutulur. Mütəxəssislərin sözlərinə görə, hər nəfəs vermədə insan hüceyrələrində müxtəlif biokimyəvi reaksiyalar nəticəsində əmələ gələn uçucu üzvi birləşmələr yayılır və cihaz tənəffüsün kimyəvi tərkibindəki dəyişiklikləri qeydə alır (“ICTnews”).