Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in keçirdiyi müsabiqələrin qalibləri

Əsas meyar - insan həyatının təhlükəsizliyidir

25.05.2022 11:50
6
A+
A-

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanması (XDND) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb. AHİK-in Fəxri Diplomuna layiq görülüb.

ASCO-nun bütün strukturlarında olduğu kimi, XDND-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. Donanmada işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi hər zaman ciddi nəzarətdə saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq keçirilir. Müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsinə və  təhlükəsizliyinə yönəltməkdir. Müsabiqə qalibləri qiymətləndirilərkən iş yerlərində ictimai nəzarətin gücləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması və ən əsası, insan həyatının təhlükəsizliyinin qorunmasında aparılan işlər əsas meyar kimi götürülür.

 

ETİKETLƏR: