Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şuşanın gözəlliyindən doymaq olmur

.

24.04.2024 14:45
96
A+
A-

Aprelin 24-də Milli Aerokosmik Agentliyi Məxsusi Konstruktor Bürosunun 40 nəfər əməkdaşı Şuşa şəhərində birgünlük səfərdə olub. Səfər Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş  tutub.

Agentliyin əməkdaşları Cıdır düzünə getdilər, Qala divarlarını, Gəncə qapısını, Molla Pənah Vaqifin türbəsini, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərini ziyarət  etdilər. İsa bulağının məcun suyunun ləzzətini daddılar. Digər tarixi-mədəni abidələrlə tanış oldular.

Səfər barədə təəssüratlarını bölüşən ziyarətçilər bildirdilər ki, Qarabağ torpaqlarına qədəm qoyandan hisslərimizin əsirinə çevrildik. Yaşıllığa bürünmüş düzənliklər, dərələr, təpələr, zirvələrə qədər uzanmış sıx ormanlar, ruhu cuşa gətirən saf hava bizə cənnəti xatırladırdı. Vaxtilə qaynar həyat mənbəyi olan kəndlərin, qəsəbələrin, şəhərlərin xarabalıqları isə ürəyimizi göynətdi. Yaşayış məntəqələri viran qoyulmuşdu. Hər şey sökülüb aparılmışdı. Maddi-mənəvi abidələr, hətta qəbiristanlıqlar məhv edilmişdir. Erməni vandalları qədim, gözəl Şuşaya da qəddarcasına yanaşmışdılar.

Şükür ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın dəstəyi, sıx birliyi sayəsində Ordumuz Qarabağda erməni vandallığına son qoydu. Biz dövlətimizin gözəl Qarabağımızda apardığı bərpa-quruculuq işlərinin vüsətini  gözlərimizlə gördük. Və şəhidlərimizin ruhu qarşısında baş əydik, qazilərimizə Allahdan şəfa dilədik.

ETİKETLƏR: