Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tutduğumuz yer kollektivimizi düşündürən suala aldığımız qürurverici cavab oldu

Tutduğumuz yer kollektivimizi düşündürən suala aldığımız qürurverici cavab oldu

09.06.2021 09:25
34
A+
A-

 

Dövlət Gömrük Komitəsi Akademiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Akademiyanın rəisi, Gömrük Xidməti general mayoru Qulu Novruzov bildirib ki, müsabiqənin nəticələri bizim üçün olduqca maraqlı idi. Çünki pandemiyanın imkanları məhdudlaşdırmasına baxmayaraq, əməkdaşlarımız üçün maksimum dərəcədə təhlükəsiz və sağlam iş şəraiti yaratmağa çalışmışıq. Bu istəyimizə nə qədər nail olmuşuq? Bu suala müsabiqə komissiyası cavab verəcəkdi. Tutduğumuz yer kollektivimizi düşündürən suala aldığımız qürurverici cavab oldu. General mayor müsabiqənin keçirilməsi və rəhbəri olduğu təşkilatın bu müsabiqədə iştirakına imkan yaratdıqları üçün AHİK-ə, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürlərinin çatdırılmasını xahiş etdi. 
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov çıxış edərək Akademiyada işçilərin əmək, sosial hüquqlarının, eləcə də sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirildiyini söylədi. Dedi ki, burada əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğı yüksək səviyyədədir. İnanıram ki, Akademiyanın kollektivi liderliyi əldən verməmək üçün əmək şəraitinin mütəmadi, yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcək. 
Sonda S.İbrahimov AHİK-in Diplomunu  və xatirə hədiyyəsini Q.Novruzova təqdim etdi.

ETİKETLƏR: