Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yekun sazişin qəbul edilməsi nəzərdə tutulur

.

03.04.2024 12:26
4
A+
A-

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər Pandemiya Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Orqanının (INB9) ötən həftə 9-cu iclasının yekununda da ortaq məxrəcə gələ bilməyib.

Qeyd edək ki, iqtisadiyyatları parçalayan, cəmiyyətləri alt-üst edən, səhiyyə sistemlərini iflic vəziyyətinə salan və milyonlarla insanın ölümünə səbəb olan COVID-19-dan sarsılan ölkələr 2021-ci ilin dekabrında bu cür fəlakətin bir daha baş verməməsi üçün məcburi öhdəliklər çərçivəsi qurmağa qərar verdilər.

Bir müddətdir ki, bu sazişin ətrafında ölkələr arasında ixtilaflar yaranıb. Belə ki, danışıqların son mərhələsində dövlətlər hələ də gələcək qlobal sağlamlıq böhranlarını necə həll etmək üzrə müxtəlif versiyalar irəli sürürlər.

İctimai Xidmət İnternasionalı (PSI) və Beynəlxalq Tibb Bacıları Şurası (ICN) həyəcan təbili çalmaqda davam edir. Üzv dövlətlərin Pandemiya Sazişinə uyğun olaraq səhiyyə və qayğı xidməti işçilərini qiymətləndirmək və qorumaq öhdəliyinin olmaması ilə bağlı birgə bəyanatda narahatlıqları ifadə olunur. Hər iki təşkilat pandemiya məhsullarına əqli mülkiyyət hüquqlarının dayandırılması, ölkələr daxilində və arasında ədalətin birbaşa daxil edilməli olduğunu iddia edir.

Qeyd edək ki, hər iki təşkilat ön xətdə fədakarlıqları ilə qlobal ictimaiyyəti pandemiya böhranından çıxaran milyonlarla səhiyyə və tibb işçisini təmsil edir. Zəif kompensasiya almış, ruhdan düşmüş, depressiyaya uğramış və tamamilə tükənmiş üzvlərimizdir. Bütün ölkələrdə səhiyyə və qayğı işçiləri deyirlər: “Bir daha heç vaxt!”. Belə bir şəraitdə növbəti pandemiya ilə üzləşəcəyikmi?

Bu eyni ruh Ümumdünya Səhiyyə Assambleyasının 2-ci xüsusi sessiyasına pandemiya ilə mübarizə sazişinin hazırlanması və prosesə rəhbərlik etmək üçün INB yaratmaq məqsədilə qətnamə qəbul etməyə ruhlandırdı. Bu ruh danışıqların gedişatını və pandemiya ilə mübarizə üzrə razılaşmanın yekun nəticələrini müəyyənləşdirməlidir.

Hər iki qurum tələb edir ki, müqaviləyə açıq şəkildə aşağıdakılar daxil edilsin:

-Layiqli iş və sosial dialoq - o cümlədən ədalətli kompensasiya, sosial müdafiə, psixi sağlamlıq və rifah, pandemiya zamanı fərdi qoruyucu vasitələrə və sağlamlıq texnologiyalarına prioritet çıxış, gender bərabərliyi və ayrı-seçkilik daxil olmaqla, səhiyyə və qayğı işçilərinə qarşı zülm, zorakılıq və təhdidlərə yol verilməməsi;

- Ehtiyatlılıq prinsipi - pandemiya zamanı səbəb-nəticə əlaqələrinin elmi cəhətdən tam qurulmadığı və insan sağlamlığına və ya ətraf mühitə zərərvurma təhlükəsinin ola biləcəyi ön xətdə səhiyyə və tibb işçilərinin həyatını qorumaq;

 -Səhiyyə və qayğı işçilərinin ailələrinin qorunması - pandemiya zamanı xəsarət, nəticə və ya ölümlə bağlı siyasətlərin tətbiqi üçün mətn öhdəlikləri də daxil olmaqla;

-Ədalətli və etik işə qəbul - xüsusilə aşağı və ortagəlirli ölkələrdə davam edən qlobal səhiyyə işçilərinin çatışmazlığının ədalətsiz olduğunu və sağlamlığa zərər və bərabərsizliyə səbəb olduğunu qəbul edərək, ÜST-ün beynəlxalq tibb işçilərinin işə qəbulu üzrə Qlobal Təcrübə Kodunu gücləndirməyi, ikitərəfli müqavilələrin mütənasib fayda gətirməsini və BƏT-in əsas əmək standartlarını gücləndirməsini təmin etmək;

-Təhlükəsiz kadr təminatı - səhiyyə işçilərinin və xəstələrin təhlükəsizliyinin eyni medalın iki tərəfi olduğunu qəbul edərək, səhiyyə işçilərinin təhlükəsizliyi üzrə ÜST Nizamnaməsini, o cümlədən kadr təminatının təhlükəsiz səviyyəsini müəyyən etmək və saxlamaq üçün sistemlərin mövcudluğunu qəbul etməyi öhdəsinə götürür;

- Davamlı və yaxşı maliyyələşdirilən ictimai səhiyyə və qayğı sistemləri - böhrana hazırlığın əsası və universal səhiyyə təminatı kimi;

- Pandemiya məhsullarına əqli mülkiyyət hüquqlarının dayandırılması-beynəlxalq əhəmiyyətli ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildikdən sonra əsas texnologiyalara əqli mülkiyyət hüquqlarından imtina etmək üçün qanuni məcburi və avtomatik mexanizmin yaradılması.

-Ölkə daxilində və ölkələr arasında ədalət. Üzv dövlətlər patogenlərə girişdən yarana biləcək faydaları bölüşmək üçün qanuni öhdəliklər götürməlidirlər; PABS (ÜST-ün patogenlərə giriş və faydaların paylaşılması) sistemi hesabatlı, şəffaf və ədalətli olmalıdır.

Səhiyyə işçi qüvvəsi olmadan sağlamlıq ola bilməz və dünyanın pandemiyaya adekvat hazır olmamasının əsas səbəbi tibb işçilərinə sərmayənin olmamasıdır. Bu, heç vaxt təkrarlanmamalıdır və bütün üzv dövlətlərdən səhiyyə işçilərinə sərmayənin artırılması üçün prioritetlər təyin etmək, öhdəlik götürmək və tədbirlər görmək öhdəliyini tələb edir.

Balanslaşdırılmış həllər balanslı qərarla olmalıdır. Həmişə güc nümayiş etdirən eyni ölkələr pandemiya ilə mübarizə müqaviləsində güc göstərməyə davam etdikdə hər zamankı kimi iş aparmaq mümkün deyil.

Pandemiya sazişi çağırışlarına rəhbərlik edən Avropa ölkələri onun qarşısının alınmasına daha çox investisiya yatırılmasını istəyir, Afrika ölkələri isə bu işi görmək üçün bilik və maliyyə, üstəlik, vaksinlər və müalicələr kimi pandemiya əleyhinə tədbirlərə lazımi giriş tələb edirlər. Birləşmiş Ştatlar bütün ölkələrin ortaya çıxan epidemiyalardan məlumat və nümunələri tez və şəffaf şəkildə paylaşmasını təmin etmək istəyir, inkişaf etməkdə olan ölkələr isə onların geridə qalmasının qarşısını almaq üçün zəmanətli kapital üçün səy göstərirlər.

ÜST-ün 194 üzv dövlətin iştirakı ilə 27 may -1 iyun tarixlərində keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında pandemiyaya hazırlıq, onun qarşısının alınması və cavab tədbirləri üzrə yekun sazişin qəbul edilməsi nəzərdə tutulur.

ETİKETLƏR: