Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ramazan sevincini birlikdə yaşadılar

Hər il olduğu kimi,  bu il də Ramazan bayramı münasibətilə şəhid ailələrimizi unutmadıq. Paklıq, saflıq, bərabərlik və nəfsin üzərində qələbəni paylaşmaq üçün biz sizinlə bir yerdəyik.

17.04.2024 15:25
6
A+
A-

Aprelin 6-da  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsində şəhid ailələri ilə görüş keçirilib.

 Görüşdə Rayon Komitəsinin sədri Sübut Əsədov deyib ki, həmkarlar ittifaqları şəhid ailələrinə diqqət və qayğını fəaliyyətinin ayrılmaz hissəsinə çevirib. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələlərinə daha diqqətli, daha həssas yanaşmanı üzv təşkilatlara təkrar-təkrar tövsiyə edib. Və bunu qarşımızda bir vəzifə kimi qoyur.

Hər il olduğu kimi,  bu il də Ramazan bayramı münasibətilə şəhid ailələrimizi unutmadıq. Paklıq, saflıq, bərabərlik və nəfsin üzərində qələbəni paylaşmaq üçün biz sizinlə bir yerdəyik.

Biz hər zaman şəhid ailələrinin və qazilərimizin  yanında olacağımıza sizi bir daha əmin edirik.

ETİKETLƏR: