Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Xudafərin”də iftar süfrəsi

.

17.04.2024 15:49
2
A+
A-

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Hİ Respublika Komitəsinin təşkilatçılığı və təşəbbüsü, Cəbrayıl Rayon Komitəsinin üzv təşkilatı “Xudafərin” Şadlıq Sarayının dəstəyi ilə iftar süfrəsi açılmışdır.

“Xudafərin” Şadlıq Sarayında təşkil olunan iftar süfrəsinə Cəbrayıl rayonunun şəhid ailələri, qazilər, digər həssas təbəqədən olan insanlar dəvət olunmuşdu. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış etdi. 44 günlük Vətən müharibəsinin ölkəmizə yaşatdığı qələbə sevincindən, dövlət başçımızın şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan danışdı.  

Tədbirdə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri  Arif Fərzəliyev, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Hİ Respublika Komitəsinin Aparat rəhbəri Vaqif Məhərrəmov, mütəxəssisi  İlahə Həmidova, Cəbrayıl Rayon Komitəsinin sədri Hafiz Quliyev iştirak edirdilər.

Tədbir konsert proqramı ilə yekunlaşdı.

 

ETİKETLƏR: