Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Komitənin fəaliyyəti qənaətbəxş dəyərləndirildi

Tədbirdə  çıxış edənlər  komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar.

17.04.2024 15:52
14
A+
A-

Aprelin 15-də Ucar Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Ucar Rayon Komitəsinin XIX hesabat-seçki konfransı keçirildi.

Öncə respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan igid oğulların və hesabat dövrü ərzində dünyasını dəyişmiş mədəniyyət işçilərinin xatirəsi yad edildi.

Konfransın işində MİHİ Respublika Komitəsinin Maliyyə şöbəsinin müdiri Telman Yusifov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, MİHİ Göyçay Rayon Komitəsinin sədri Nəriman Məlikov, MİHİ Zərdab Rayon Komitəsinin sədri Vəfa Bayramova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi vəzifəsini icra edən Ucar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, Ucar Uşaq İncəsənət Məktəbinin direktoru Könül Kərimova, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, MİHİ Ucar Rayon Komitəsinin üzvləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və fəalları iştirak etdilər.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra MİHİ Ucar Rayon Komitəsinin sədri Mirqələm Əliyevin və Təftiş Komissiyasının sədri Nəzakət Qasımovanın hesabatları dinlənildi. Sonra MİHİ Ucar Rayon Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə  çıxış edənlər  komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar.

Konfransda Mirqələm Əliyev MİHİ Ucar Rayon Komitəsinin sədri, Kəmalə Hacıyeva isə komitə sədrinin müavini seçildilər. Həmkarlar ittifaqları  haqqında təlimata uyğun olaraq yeni seçilmiş sədr MİHİ Respublika Komitəsinin XIX Konfransına nümayəndə və MİHİ Respublika Komitəsinə üzv seçildi.

ETİKETLƏR:

Foto