Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Maaşlar artacaq

.

17.04.2024 17:05
7
A+
A-

Almaniyada “Lufthansa” və “UFO” həmkarlar ittifaqı stüardessaların əməkhaqqına dair uzunmüddətli kollektiv saziş haqqında razılığa gəliblər. 19 min stüardessaya növbəti üç il ərzində bir neçə mərhələdə əməkhaqqı 16,5% artırılacaq. Kollektiv əmək müqaviləsi 2026-cı ilin sonuna qədər bağlanır.

“Məqsədimiz həmişə həmkarlar ittifaqı ilə danışıqlar masası arxasında həll yolu tapmaq olub. İndi biz buna nail olduq. Eyni zamanda bütün peşə qrupları üzrə əməkhaqqının ardıcıl dəyişməsi həm də indi həll etməli olduğumuz iqtisadi problemdir”, - deyə “Deutsche Lufthansa” AG-nin İnsan Resursları üzrə direktoru Maykl Niggemann bildirib. Yeni kollektiv müqavilənin digər əsas məqamları 3 min avro məbləğində inflyasiya kompensasiyası və stüardessaların məzuniyyət haqqının 1250 avroya qədər artırılmasıdır.

Kollektiv müqavilənin razılaşdırılmasına dair danışıqlar beş ay davam edib. Hava limanı işçilərinin maaşlarını artırmaq və inflyasiyanı kompensasiya etmək üçün birdəfəlik mükafatlar ödəmək - bu tələblərlə  “Lufthansa” aviaşirkətinin işçiləri fevralın 7-də xəbərdarlıq tətili keçiriblər.

ETİKETLƏR: