Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tələbələr arasında stolüstü tennis yarışının qalibləri

.

17.04.2024 17:22
7
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı davam edir.

Çempionatın proqramına daxil olan stolüstü tennis idman növü üzrə oğlanlar və qızlardan ibarət komandaların yarışı aprelin 9-da Şüa İdman Kompleksində baş tutub.

Qızlardan ibarət 11 komandanın mübarizə apardığı stolüstü tennis üzrə yarışda qalib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olub. Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti ikinci, Gəncə Dövlət Universiteti isə üçüncü yeri tutub.

Oğlanlar arasında keçirilən stolüstü tennis yarışında 12 komanda iştirak edib. Yekun nəticəyə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyası birinci, Bakı Ali Neft Məktəbi ikinci, Azərbaycan  Tibb Universiteti isə üçüncü yerə layiq görülüb.

ETİKETLƏR: