Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri özbək jurnalisti qəbul edib

Görüşdə AHİK sədri Azərbaycan və Özbəkistan respublikaları arasında mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb.

24.04.2024 10:58
7
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının (ÖHİF) orqanı “İşonç” və “İşonç-Doverie” qəzetlərinin və “Vatan” jurnalının baş redaktoru Xusan Ermatovla görüşüb.

Görüşdə AHİK sədri Azərbaycan və Özbəkistan respublikaları arasında mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb.

O, həmçinin qardaş ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrə də toxunub, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən söz açıb.

Səttar Möhbalıyev ötən ilin sentyabrında Özbəkistana səfərini, eləcə də AHİK və ÖHİF arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanan Memorandumu məmnuniyyətlə xatırlayıb, bunun həm iki qurum, həm də sahə həmkarlar ittifaqları arasında əlaqələrin genişlənməsində, münasibətlərin yeni mərhələyə qədəm qoymasında önəmindən bəhs edib.

Səmimi görüşə görə təşəkkür edən baş redaktor Xusan Ermatov ÖHİF sədri Qudratulla Rafiqovun salamlarını AHİK sədrinə çatdırıb. Qonaq bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkələrimiz arasında həmkarlar ittifaqları səviyyəsində də münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Onun sözlərinə görə, mütəmadi olaraq təşkil olunan qarşılıqlı səfərlər, aparılan geniş fikir və təcrübə mübadilələri, həmçinin istənilən mövzuda göstərilən qarşılıqlı dəstək əlaqələrimizi bu dərəcəyə qaldırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq   doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ETİKETLƏR: