Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məqsəd təcrübə mübadiləsi aparmaq idi

Səfər çərçivəsində Türkiyənin aidiyyəti dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilib

24.04.2024 11:01
3
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Məqsəd Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında” Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyasının nəzərdə tutulması ilə bağlı olaraq bu sahədə qardaş ölkə ilə təcrübə mübadiləsi aparmaqdır.

AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdiri vəzifəsini icra edən Əli Mədətovun da daxil olduğu  nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəmlə görüşü olub. Ölkələrimiz arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi, bu əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsinin əhəmiyyəti vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Həmçinin Azərbaycanda əməyin mühafizəsi sahəsində görülən işlərə dair təqdimat edilib, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti qeyd olunub.

Səfər çərçivəsində Türkiyənin aidiyyəti dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilir, BƏT-in qeyd edilən Konvensiyasının ratifikasiyası, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılıb.

 

ETİKETLƏR: