Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsilin aktual məsələləri müzakirə olundu

İradlar və təkliflər səsləndirildi

24.04.2024 11:43
4
A+
A-

Aprel 16-19-da Özbəkistanın Buxara şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT)  “İş yerində zorakılıq və təcavüzün aradan qaldırılması haqqında 190 saylı Konvensiyası” mövzusunda  seminar keçirilib. Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və BƏT-in təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da nümayəndə heyəti iştirak edirdi. BƏT-in Avropa və Mərkəzi Asiya Şöbəsinin rəhbəri Serqius Qlovaskas və Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Rövşən Bedilovun moderatorluğu ilə keçirilən seminarda BƏT-in 190  saylı Konvensiyasının müddəaları, o cümlədən iş yerlərində ayrı-seçkilik və zorakılığın aradan qaldırılması,  layiqli iş şəraitinin yaradılması, müəllim peşəsinin statusunun və cəlbediciliyinin artırılması və sair məsələlərin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu əsas müzakirə obyekti oldu.

Mövzular üzrə milli həmkarlar ittifaqı nümayəndələri məruzələr etdilər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bildirdi ki, bu məsələ ölkəmizdə daim diqqətdə saxlanılır. Həmkarlar ittifaqları işləyən vətəndaşların Konstitusiya hüquqlarının qorunması işində fəal iştirak edir. Baş Kollektiv Sazişdə, sahə tarif sazişlərində, kollektiv müqavilələrdə iş yerlərində zorlama və təhriketmə hallarının qarşısının alınmasına, belə hallarda həmkarlar ittifaqı komitələrinin vəzifələri və sair barədə maddələr öz əksini tapır. Üzv təşkilatlarda maarifləndirmə işləri aparılır.

Seminarda bir çox təklif irəli sürüldü.

Tədbirdə həmçinin Özbəkistanın məktəbəqədər və təhsil nazirinin müavini Usmon Şərifxocayev, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Tacikistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Zulhiya Nozakzoda, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri və mövzu üzrə ekspertlər iştirak edirdilər.

 

ETİKETLƏR: