Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kampaniyanın ilk mərhələsinə yekun vuruldu

Yığıncaqlarda sahə Hİ-nin sədri Hüseyn Kərimov, sədr müavini-Təşkilat şöbəsinin müdiri İlqar Hüseynov, mütəxəssisi Rəşad Rzayev iştirak ediblər.

24.04.2024 11:47
6
A+
A-

Avtomobil Nəqliyyatı  və  Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında cari ilin I rübü üzrə hesabat-seçki kampaniyasına yekun vurulub.

Yanvar ayında sahə həmkarlar ittifaqına üzv olan 12 ilk təşkilatda,  fevral ayında 28 ilk təşkilatda və 1 Birləşmiş Həmklarlar İttifaqı Şurasında, mart ayında 13 ilk təşkilatda hesabat-seçki yığıncaqları keçirilib. Ümumillikdə 54  təşkilatda yığıncaq keçirilib. Təşkilatlardan 33-ü Bakı şəhərinin ərazisində, 21-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. HİK sədri seçilənlərin 12 nəfəri qadındır, 13 nəfər isə bu vəzifəyə ilk dəfə seçilib. Hesabat-seçki yığıncaqları sahə Həmkarlar İttifaqı Rəyasət Heyətinin təsdiq etdiyi qrafikə uyğun aparılıb.

Yığıncaqlarda sahə Hİ-nin sədri Hüseyn Kərimov, sədr müavini-Təşkilat şöbəsinin müdiri İlqar Hüseynov, mütəxəssisi Rəşad Rzayev iştirak ediblər.

Yığıncaqlarda son illərdə həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət  və qayğı,  onların əmək və sosial hüquqlarının müdafiəsi, iş  yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, gələcəkdə bu sahədə görüləcək tədbirlər barədə məlumat verildi. Yığıncaqlarda sahə həmkarlar ittifaqının  cari ilin sentyabr ayında keçiriləcək VI qurultayına 35 nümayəndə seçildi.

ETİKETLƏR: