Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş yerlərində iqlimlə əlaqəli təhlükələri

aradan qaldırmaq üçün tədbirlər

24.04.2024 14:25
2
A+
A-

28 Aprel - İşçilərin Beynəlxalq Anım Günündə həmkarlar ittifaqları işçilər üçün iqlim risklərini - iqlim böhranının bütün dünyada işçilərə yaratdığı artmaqda olan təhlükəni həll etmək məqsədilə təcili tədbirlər görməyi tələb edir.

İşçiləri təmsil edən həmkarlar ittifaqları ilə demokratik məsləhətləşmələrdən sonra fövqəladə hallara hazırlığın iş yerində təhlükəsizlik siyasətlərinə inteqrasiyasına təcili ehtiyac var.

Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ilin dekabrında verdiyi bəyanatda iqlimlə bağlı fəlakətlərin həyəcanverici artımı vurğulanmış, işçilərin sağlamlığı və iş təhlükəsizliyi üçün ciddi fəsadlar qeyd olunmuşdur.

Kənd təsərrüfatı, tikinti, poçt göndərişləri və digər sektorlarda çalışan işçilər xüsusilə təsirə uğrayıblar, hədsiz isti hava şəraiti ilə bağlı xəstəliklər və ölüm halları nəzərəçarpacaq dərəcədə artıb. Təhlükə təkcə istidən gəlmir, tufanlar, qasırğalar, daşqınlar, çovğunlar, ildırımlar, tornadolar, meşə yanğınları və güclü küləklər iş yerləri üçün artan təhlükələr yaradır.

Beynəlxaql Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql deyib ki, iqlim böhranı artıq uzaq təhlükə deyil, bu, hər yerdə işçilər üçün real təhlükədir. İşçilərimizi iqlim dəyişikliyinin təhlükəli təsirlərindən qorumaq üçün effektiv siyasət və təcrübə tələb etməyimiz çox vacibdir. Fəaliyyətə çağırışımız aydındır: biz iqlim riskinin qiymətləndirilməsini və fövqəladə hallara hazırlığı əməyin mühafizəsi və sağlamlığı standartlarımıza inteqrasiya etməliyik.

Bütün dünyada həmkarlar ittifaqları artıq iş yerlərində iqlimlə bağlı təhlükələrdən qorunmanı təmin etməkdə uğur qazanırlar:

* ABŞ-nin Feniks şəhərində Unite Here və SEIU həmkarlar ittifaqları tərəfindən həyata keçirilən kampaniya podratçılardan açıq havada çalışan işçilər üçün istilikdən qorunmanı təmin etməyi tələb edən yeni qanun qazandı.

* İspaniyada yanğınsöndürənlər meşə yanğınlarından yaranan kanserogen tüstünün peşə sağlamlığı riski olduğunu və bundan qorunmaq hüququna malik olduqlarını qəbul etdilər.

* Konqo Demokratik Respublikasında bir neçə həmkarlar ittifaqı daxildə və xaricdə təhlükəli iş şəraitinə məruz qalan kritik mineral mədən sənayesində çalışan işçilərə bir sıra imtiyazlar yaratmaq üçün birləşdi.

* Avstraliyada CFMEU istilik stresinə məruz qalan işçiləri qorumaq üçün qanunvericilik və qaydalara dəyişiklikləri fəal şəkildə qazanır.

* Braziliyada SITICOP ekoloji fəlakətlərdən təsirlənən işçilərin müdafiəsini genişləndirmək üçün çalışır.

Luk Trianql bildirib ki, qeyd olunan həmkarlar ittifaqlarının və bir çox başqalarının işi ruhlandırıcıdır. İqlim dəyişikliyinin işçilərin sağlamlığı və təhlükəsizliyi üçün mövcud və artan təhlükəsini aradan qaldırmaq üçün hökumətlərdən, işəgötürənlərdən və nəzarətedici orqanlardan təcili tədbirlər görməliyik.

Bura həmkarlar ittifaqları ilə məsləhətləşmələr, hərtərəfli təhlükəsizlik təlimlərinin verilməsi və ekstremal hava şəraiti ilə bağlı riskləri azaltmaq üçün ciddi təhlükəsizlik standartlarına riayət edilməsi daxildir. Hər şeyin mərkəzində demokratiya dayanır, çünki iş yerindəki demokratiya işçilərin dinlənilməsi və özlərini təhlükəsiz saxlamaqda söz sahibi olması deməkdir. BHİK-in demokratiya üçün kampaniyasının iddia etdiyi kimi, real demokratiyalar işləyən insanlara fayda verir və bu, işləyən insanlar üçün iqlimin qorunmasını da əhatə edir.

Azər MUSTAFAYEV

ETİKETLƏR: