Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşdə fərqlənən işçilər necə mükafatlandırılır?

Fərid SƏMƏDOV, Sumqayıt şəhəri.

24.04.2024 14:52
10
A+
A-

İşdə fərqlənən işçilər necə mükafatlandırılır?

Fərid SƏMƏDOV, Sumqayıt şəhəri.

 

-Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

əlavə məzuniyyət verilməklə;

əməkhaqqına fərdi əlavə edilməklə;

daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

 

İşə bərpa ilə bağlı məhkəməyə müraciət etsəm də, ərizəm geri qaytarıldı. Mediasiyaya müraciət etmək lazım imiş. Bu, harada əks olunub?

Seyran VƏLİYEVA, Lənkəran şəhəri.

 

-Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli mediasiya prosesi ilə həyata keçirilir. Bu zaman tərəflər fiziki və hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mediasiya prosesinin tətbiqinə icazə vermiş inzibati orqanlar ola bilər.

Mediasiya prosesinin tətbiqi dairəsi “Mediasiya haqqında” qanunla müəyyən olunub. Qanunun 3-cü maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);

- ailə münasibətlərindən irəli gələn mübahisələr;

- əmək münasibətlərindən irəli gələn mübahisələr;

- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

 

Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanları necə iştirak edir?

 

Güllü QASIMOVA, Xırdalan şəhəri.

 

-Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri Əmək Məcəlləsinin 214-cü maddəsində göstərilmişdir.

Bu sahədə bələdiyyə orqanlarının səlahiyyətləri aşağıdakılardır:

-əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;

-əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər;

-regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər.

 

İşəgötürən və işçinin ziyana görə məsuliyyəti hansı hallarda yaranır?

 

Vəfa ŞƏFİYEVA, Beyləqan rayonu.

 

- Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsində və müvafiq normativ-hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:

a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;

b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;

c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

ETİKETLƏR: