Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Narkomaniyaya qarşı mübarizədə  qadınların rolu

.

02.10.2024 11:14
32
A+
A-

Sentyabrın 21-də Qəbələdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Neft Kəmərləri İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə qadınların rolu” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri İmamqulu Bayramov narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərərlərindən, narkotiklərlə mübarizədə qadınların rolundan söhbət açıb.

Sahə Hİ Respublika Komitəsinin Sosial-iqtisad şöbəsinin müdir müavini və Qadın və Gender Məsələləri Komissiyasının sədri Mədinə Ayvazova Azərbaycanda narkomaniyaya qarşı mübarizə tədbirləri, statistik göstəricilər, narkomaniyanın sosial yoluxuculuğu haqqında məlumat verib. Qeyd edib ki, yeniyetmələr arasında narkomaniya bəlasının qarşısının alınması ilə əlaqədar yaşlı nəslin üzərinə böyük məsuliyyət düşür. Biz maarifləndirmə işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirməliyik. Bununla gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəmizi vermiş olarıq.

Bəşəriyyəti təhdid edən “ağ ölüm”lə mübarizə bir gün belə dayandırılmamalıdır, vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hamının vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir. Yalnız birgə səylər öz real nəticəsini göstərə bilər.

İdarə HİK-in Qadın və Gender Məsələləri Komissiyasının sədri Səidə  Abdullayeva və əməkdaşı Arzu Əkbərova narkomaniyaya qarşı mübarizədə qadınların iştirakının daha səmərəli nəticələrə gətirib çıxaracağına əminliklərini bildirdilər. Çıxışlardan sonra müzakirələr aparıldı.

Sonda videoçarx təqdim edildi. İştirakçıların təklifləri dinlənildi.

 

ETİKETLƏR: