Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məhkəməyə müraciət ediblər

Norveçdə  yanğınsöndürənləri təmsil edən “Fagforbundet” İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı xərçəngin peşə xəstəliyi hesab edilməməsi haqqında məhkəmə qərarını ləğv etmək üçün məhkəməyə müraciət edib.

22.04.2021 12:33
12
A+
A-

Norveçdə  yanğınsöndürənləri təmsil edən “Fagforbundet” İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı xərçəngin peşə xəstəliyi hesab edilməməsi haqqında məhkəmə qərarını ləğv etmək üçün məhkəməyə müraciət edib. Yanğınsöndürənlər uzun müddətdir ki, istehsalda yaranan xəsarətlərdən kompensasiya uğrunda mübarizə apardılar, çünki onlar digər işçilərə nisbətən müəyyən xərçəng növlərinə daha çox meyilli olurlar. Onlar 2016-cı ildə bir sıra uğur qazanıblar. Həmin ildə bir neçə işçi kompensasiya ala bilib. Ancaq məhkəmənin yeni qərarı əvvəlkini ləğv edir. Həmkarlar ittifaqı iddia edir ki, dəyişikliklərə haqq qazandıran yeni məlumatlar və ya tədqiqatlar yoxdur. Bu yaxınlarda bir neçə iş rədd edildi, lakin həmkarlar ittifaqı onların müdafiəsi və gələcək işlər üçün prinsipinin bərpasında qərarlıdır.

ETİKETLƏR: