Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qəhrəmanları yetişdirən analar

​​​​​​​Tovuz anaları qısa müddət ərzində iki müharibənin həyəcanını, ağrı-acısını yaşadılar.

13.03.2021 13:41
2
A+
A-

Tovuz anaları qısa müddət ərzində iki müharibənin həyəcanını, ağrı-acısını yaşadılar. Ötən ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz ərazisinə qəfil hücumu oldu. Tovuz cavanları əsgərlərimizə mənəvi dayaq durdu. Ordumuzla birlikdə səngərlərdə döyüşmək istədiklərini bildirdilər. Rayon, kənd camaatı böyük ürəklə süfrələrinin nemətlərini hərbçilərimizlə bölüşdülər. Sentyabrda bədnam qonşularımız “yeni müharibə, yeni torpaqlar” iştahası ilə müqəddəs torpaqlarımıza basqın etdilər. Ətraf rayonlara, kəndlərə ağır artilleriyadan top atəşləri açdılar. Neçə-neçə mülki insanı, əsgərlərimizi qətlə yetirdilər. Sülhməramlı dövlətimizin səbiri tükəndi, xalq ayağa qalxdı. Vətən müharibəsi başladı. Bu haqq müharibəmizdə yüzlərlə ana öz ciyərparasını ön cəbhəyə yola saldı. Vətəni oğullarına, oğullarını    Allaha tapşırdılar.

İgid oğullarımız, o cümlədən tovuzlu cəngavərlər nəyə qadir olduqlarını yağı düşmənə göstərdilər. Xalqımızı peşman etmədilər. Cavan canlarını Vətən yolunda əsirgəmədilər. Tovuz 65 şəhid verdi. Tovuzlular şəhidlərinin xatirəsini uca tutur, onlarla fəxr edir. Biz, həmkarlar ittifaqı təşkilatı olaraq, vaxtaşırı şəhid ailələrini ziyarət edirik. 8 Mart - Beynəlxalq Qadınlar Günündə də bu ənənəmizə sadiq qaldıq. Şəhid analarının hüzuruna getdik, onları bağrımıza basdıq. Şəhid balalarımızı birlikdə xatırladıq.

 

Flora PƏNAHOVA,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Tovuz Rayon Komitəsinin sədri

ETİKETLƏR: