Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məsuliyyətdən hamıya pay düşür

İşçilərin əmək şəraiti Birliyin rəhbərliyi, müvafiq qurumları, eləcə də həmkarlar ittifaqının sədri, əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

25.05.2022 11:59
1
A+
A-

Əmək Məcəlləsində yazılır ki, işəgötürənlər təhlükəsizlik texnikasının və texnologiyasının səmərəli mühafizə vasitələrinin tətbiq edilməsində maraqlı olmalıdır. Bu tələb SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində davamlı olaraq həyata keçirilir.

İşçilərin əmək şəraiti Birliyin rəhbərliyi, müvafiq qurumları, eləcə də həmkarlar ittifaqının sədri, əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Bu günlərdə Birliyin direktoru Ruslan Əliyev başda olmaqla, bir qrup məsul işçisi Şəki şəhərində olmuşdur. “Azəriqaz”ın yerli müəssisələrinin kollektivlərinin nümayəndələri ilə görüşmüşlər. Direktor demişdir ki, istehsalın inkişafında müdiriyyətlə yanaşı, işçilərin də məsuliyyəti böyükdür. Hər bir işçi öz fəaliyyət sahəsində ümumi işə töhfə verməyə cəhd göstərməlidir. Təbii ki, rəhbərlik də ən yaxşıların əməyini qiymətləndirməlidir ki, işçi daha böyük uğurlara imza atmağa həvəslənsin.

R.Əliyev dedi, sevindirici haldır ki, sıralarınızda kifayət qədər qabaqcıl işçi var. Hər biri də əməyinin nəticəsinə görə dəyərini alıb. Bu gün dəyərləndirilənlər siyahısına daha bir neçə işçi də əlavə olunacaq.

R.Əliyev görüşə toplaşmış regional qaz istismarı idarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş və Qəbələ xidmət sahələrinin 28 işçisinə nümunəvi əmək fəaliyyətinə və həmkarlar ittifaqı təşkilatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdi.

ETİKETLƏR: