Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İdman Cəmiyyətinin uğurları

.

23.11.2022 14:22
6
A+
A-

Noyabrın 13-də Bakı şəhərində taekvondo üzrə klublararası “Liq” birinciliyi (böyüklər arasında) keçirilib.Yarışda 54 kq. çəki dərəcəsində iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirməsi Elmir İsmayılov üçüncü yeri tutub.

Elmir yarışa məşqçi-müəllimi Ramil Həsənovun rəhbərliyi altında hazırlaşıb.

***

Hövsan Olimpiya Kompleksində keçirilən  sərbəst güləş üzrə Bakı şəhər çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri  Zəfər Əliyev ( 97 kq.) birinci, Çoban İsmayılov ( 57 kq.) və Mahir Əliyev ( 125 kq.) ikinci, Sənan Hümbətov ( 57 kq.) və Rəhman İmanov ( 61 kq.) üçüncü yeri tutublar.

Bu uğurun qazanılmasında məşqçi-müəllimlər C.Həsənovun, F.Nuriyevin, A.Abdullayevin və A.Qurbanovun böyük əməyi olub. 

***

Şəhid Rafiq Heydərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə (U-17 yaşlılar UGİM RHŞ daxili birinciliyi) yarışda 55 və 60 kq. çəki dərəcələrində çıxış edən Kamran Cəlilov ( məşqçi-müəllimi A.Abdullayev) və Şahin Qurbanlı ( məşqçi-müəllimi A.Qurbanov) üçüncü yeri tutublar.

***

“Zenit” İdman Cəmiyyətinin təmsilçisi və məşqçi-müəllim Cəbrayıl Həsənovun yetirməsi Omar Gülməmmədov  ( 70 kq.) Yeni Azərbaycan Partiyasının  30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə turnirdə birinci yeri tutub. 

 

ETİKETLƏR:

Foto