Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“YAŞAT” Fondu AHİK sədri Səttar Möhbalıyevə təşəkkür edib

.

08.12.2022 23:07
7
A+
A-

Ölkəmizdə hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin fəaliyyətinin mühüm hissəsini təşkil edir, bununla bağlı geniş dövlət dəstəyi mexanizmləri yaradılıb və onlara hərtərəfli dəstək göstərilir. Bununla yanaşı, həmin kateqoriyaya daxil olan şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması vətəndaş cəmiyyətinin də diqqətindədir. Vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, ictimai təşkilatlar bu nəcib missiyada yaxından iştirak edirlər.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılan “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin möhtəşəm göstəricisidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları da bu nəcib missiyada yaxından iştirak edir. Belə ki, AHİK-in İcraiyyə Komitəsinin müxtəlif vaxtlarda qəbul etdiyi müvafiq qərarlar əsasında ümumilikdə “YAŞAT” Fondunun hesabına 667 min 668 manat vəsait köçürülüb. Qurumun bu fəaliyyətini yüksək dəyərləndirən Fondun rəhbərliyi AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə Təşəkkürnamə göndərib.

Qeyd edək ki, AHİK bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

ETİKETLƏR: