ASCO-da nərd yarışı keçirilib
Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktura daxil olan digər təşkilatların əməkdaşlarının iştirakı ilə nərd turniri keçirilib.
Hər birində 3 nəfər olmaqla, 8 qrupdan ibarət turnirin 1-ci və 2-ci mərhələsindən sonra yarımfinala 4 nəfər vəsiqə qazana bilib.
Yarımfinalların nəticələrinə görə, finalda Bibiheybət Gəmi Təmiri Zavodunun əməkdaşı Pərviz Qurbanov və ASCO Nəqliyyat MMC-ni təmsil edən Xəqani Hüseynov yarışın “ən güclüsü” adını qazanmaq üçün üz-üzə gəliblər.
Gərgin keçən oyun Pərviz Qurbanovun qələbəsi ilə başa çatıb.
3-cü yer uğrunda keçən oyunun qalibi Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Ziya Bəkirov olub.
Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.
Turnir ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə idman üzrə 2023-cü ilə dair illik iş planına əsasən baş tutub.
ASCO-da idman üzrə keçirilən yarışların əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.