Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


4 aylıq hamiləyəm. Problemli hamiləlik keçirirəm. 2 həftəlik xəstəlik vərəqəsi götürmək istəyirəm. Mənim 10 il 3 ay stajım var. Eşitmişəm ki, hamiləliyə görə xəstəlik vərəqəsi yüz faiz ödənilməlidir. Bu, həqiqətən belədir, yoxsa xəstəlik vərəqəsi stajıma əsasən hesablanıb ödəniləcək ?

Cəmilə ƏLİYEVA, Sumqayıt şəhəri.

10.05.2023 14:11
57
A+
A-

4 aylıq hamiləyəm. Problemli hamiləlik keçirirəm. 2 həftəlik xəstəlik vərəqəsi götürmək istəyirəm. Mənim 10 il 3 ay stajım var. Eşitmişəm ki, hamiləliyə görə xəstəlik vərəqəsi yüz faiz ödənilməlidir. Bu, həqiqətən belədir, yoxsa xəstəlik vərəqəsi stajıma əsasən hesablanıb ödəniləcək ?

 

Cəmilə ƏLİYEVA, Sumqayıt şəhəri.

- Nazirlər Kabinetinin 1998-ci il  15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin  62-ci hissəsinə müvafiq olaraq, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin 100 faiz həcmində verildiyi hallar və onu almaq hüququna malik olan şəxslərin dairəsi dəqiq göstərilmişdir. Qeyd etdiyiniz hal bu siyahıda yoxdur. Sizə təqdim olunacaq əmək qabiliyyəti olmama vərəqəsi Əsasnamənin 62-ci hissəsinə uyğun olaraq 100 faiz deyil, 80 faiz miqdarında ödənilməlidir.

Çünki  8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə qazancın 80 faiz miqdarında müavinət verilir.

Həmçinin Əsasnamənin 72-ci hissəsinə əsasən, yalnız hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Sizə hamiləliyə və doğuma görə sosial məzuniyyətə çıxdıqda əmək qabiliyyəti olmama vərəqəsinə görə müavinət 100 faiz, sualınızda qeyd edilmiş halda isə, sığorta stajınıza uyğun olaraq 80 faiz miqdarında hesablanıb ödəniləcəkdir.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta       müqaviləsinə hansı hallarda xitam verilir?

 

Şamil ƏSGƏROV,

Gəncə şəhəri.

 

- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 11-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

- müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərtilə sığortalının təşəbbüsü əsasında;

- icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;

- sığortalının sığortaolunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığortaolunana münasibətdə;

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş digər hallarda.

İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir.

ETİKETLƏR: