Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Poladəridənlər polad iradə nümayiş etdirdilər

Final görüşləri gərgin idman mübarizəsi şəraitində keçdi. Poladəritmə sexinin elektrik və mexaniki xidmət sahələrinin yığma komandası arasında qarşılaşma 4:2 hesabı ilə birincilərin xeyrinə nəticələndi.

24.05.2023 15:31
0
A+
A-

“Heydər Əliyev İli” çərçivəsində “Baku Steel Company” QSC rəhbərliyinin təşkilatçılığı və Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə keçirilən minifutbol turniri başa çatıb.

Turnirin final mərhələsi Dövlət Himninin səslənməsi ilə başladı. Ümummilli Liderin, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Final görüşləri gərgin idman mübarizəsi şəraitində keçdi. Poladəritmə sexinin elektrik və mexaniki xidmət sahələrinin yığma komandası arasında qarşılaşma 4:2 hesabı ilə birincilərin xeyrinə nəticələndi.

Qaliblərə və mükafatalayiq yer tutan digər komandalara kubok və qiymətli hədiyyələr, diplom və sertifikatlar verildi.

Mükafatları QSC-nin Baş direktorunun birinci müavini Polad Hümmətov və Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov təqdim etdilər.

ETİKETLƏR: