Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mədəniyyətə xidmətdə keçən 46 il

Tədbiri giriş sözü ilə açan Bəxtiyar Qılıncov mədəniyyət sahəsindəki xidmətlərinə görə Vəkil İsmailova minnətdarlığını bildirərək ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.

21.02.2024 22:06
30
A+
A-

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində Vəkil İsmailovla görüş keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bəxtiyar Qılıncov mədəniyyət sahəsindəki xidmətlərinə görə Vəkil İsmailova minnətdarlığını bildirərək ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.

Sonra Vəkil İsmailov mədəniyyət sahəsindəki xidmətlərinə görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”si ilə təltif olunub.

Qeyd edək ki, Vəkil İsmailov 1978-ci ildə mədəniyyət sahəsində əmək fəaliyyətinə başlayıb. 1999-cu ildən rayon mədəniyyət evinin, 2012-ci ildən isə struktur dəyişikliyi ilə əlaqədar Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2023-cü ildə “Tərəqqi” medalına və “AHİK-30 il” yubiley döş nişanına layiq görülüb.

ETİKETLƏR: