Gövhər Beydullayeva dünya kuboku yarışının qalibi olub
Gövhər Beydullayeva dünya kuboku yarışının qalibi olub
18 yaşlı qızların turnirində böyük əzmkarlıqla mübarizə aparan Azərbaycan şahmatçısı Gövhər Beydullayeva finalda Gürcüstan təmsilçisi Tamari Esadze üzərində qələbə qazanıb. Şahmatçımız dünya kubokunun qalibi olmaqla dekabrın 18-24-də keçiriləcək super finala vəsiqəni təmin edib.
Şahmatın rapid növü üzrə onlayn Dünya Kuboku yarışmasında uğur qazanan Gövhər Beydullayeva (ilk məşqçisi Xanlar Allahverdiyev) həmkarlar ittifaqlarının “Şahmat-Dama” İdman Klubunun yetirməsidir.