Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mənəvi təmizlənmə günü

Novruz

27.03.2024 11:37
6
A+
A-

TİAHİ Ağcabədi Rayon Komitəsi milli ədət-ənənələrə uyğun olaraq təşkil edilən Novruz şənliklərində iştirak edir. Bu il də Ağcabədi şəhər 1 saylı məktəbdə və 6 saylı körpələr evi-uşaq bağçasında baharın gəlişilə bağlı geniş bayram tədbirləri təşkil olundu.

Tədbirlərdə çıxış edənlər dedilər ki, hər bir azərbaycanlı ailəsi illərdir Novruzun şərəfinə bayram süfrələri açır, mənəvi təmizlənmə dövrü yaşayır.

Təbiətin oyanmasını Azərbaycan xalqı həm də yeni ilin ilk günü kimi qarşılayır. Təhsil müəssisələrində Novruz şənliyinin keçirilməsi şagirdlərin milli dəyərlər üzərində tərbiyə olunmasına xidmət edir.

ETİKETLƏR: