Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bayram sovqatları verildi

.

27.03.2024 11:38
8
A+
A-

Martın 18-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin təşəbbüsü və dəstəyi ilə Vətən müharibəsi qazisi Fərid İlham oğlu Mirzəyevin ailəsi ziyarət olundu.

Rayon Komitəsinin sədri Vəkil İsmailovun da iştirak etdiyi görüşdə Fəridin keçdiyi qəhrəmanlıq yolundan söhbət açıldı. Qonaqlar həmçinin ailənin qayğı və ehtiyacları ilə maraqlandılar.

Sonra daha bir aztəminatlı ailəyə baş çəkildi. Ailə üzvlərinə yardım bağlamaları təqdim olundu.

Qeyd edək ki, qazi Fərid Mirzəyevin anası və digər ailənin üzvü Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində çalışırlar.

ETİKETLƏR: