Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bayram ərəfəsində sovqatlar paylanılıb

Bundan əlavə, mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət edilir.

27.03.2024 11:41
5
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xidmət əhatəsində olan müəssisə və təşkilatlarda çalışan işçilərə - I və II Qarabağ müharibələrində şəhid olanların ailə üzvlərinə və müharibə veteranlarına Novruz bayramı ərəfəsində sovqatlar paylanılıb.

Sovqat paylama mərasimində iştirak edən Respublika Komitəsinin nümayəndələri xüsusi vurğulayıblar ki, builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğu, həyatımızın yeni mərhələsinin başlandığı dövrə təsadüf edir. Xalqımız şəhidlərimizin, qəhrəman oğullarımızın əziz xatirəsini hər zaman qürurla xatırlayacaqdır. Məhz onların hünəri, qanı və canı bahasına işğal altında olan ərazilərimiz azad olundu, düşmən darmadağın edildi və məğlubiyyətə uğradı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış parlaq Qələbə bizim şanlı tariximizdir. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün qalib Azərbaycan müstəqil siyasət yürüdür, bütün dünyaya haqq sözünü diktə edə bilir.

Bu gün dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biri şəhid ailəsi üzvlərinin diqqətdə saxlanılması, onlara qayğı və dəstəyin göstərilməsidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinə həssaslıqla yanaşır, onlara müəyyən köməklik göstərir. Bayramlarda, eləcə də digər tarixi günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buraya sovqatların və bayram hədiyyələrinin də verilməsi daxildir.

Bundan əlavə, mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət edilir.

Sovqatları qəbul edən şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər. Bu hədiyyələrin maddiyyət baxımından daha çox mənəvi əhəmiyyət daşıdığını qeyd ediblər. Deyiblər ki, azərbaycanlılar qədirbilən, haqqı dəyərləndirən xalqdır. El-oba, hökumət, həmkarlar ittifaqı təşkilatları      şəhidlərimizi öz şəhidləri bilir, bizə hörmət və ehtiramla yanaşırlar. Həmkarlar ittifaqı əməkdaşlarına biz o qədər isinişmişik ki, onlara “həmkarlardan daha çox”, həmdərd kimi baxırıq.

 

ETİKETLƏR: