Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi

.

27.03.2024 11:49
6
A+
A-

Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı olub. Konfransda hesabat məruzəsi ilə komitənin sədri A.Qafulov çıxış edib. Hesabat məruzəsinin müzakirəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, tədris işləri üzrə prorektor, professor N.Quliyeva, elmi işlər üzrə prorektor, professor G.Abdullazadə, xarici tələbələrlə iş üzrə prorektor, professor Y.Axundova, kafedra müdiri, professor T.Məmmədov, tarix-nəzəriyyə fakültəsinin dekanı, professor G.Mahmudova və maliyyə və təsərrüfat işləri üzrə prorektor T.Fərəcov çıxış ediblər.

Sonra konfransda iştirak edən TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin çıxışı dinlənildi. Bunun ardınca Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibləri seçildi. Açıq səsvermənin nəticələrinə görə, Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yenidən A.Qafulov seçildi. Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsindən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII konfransına nümayəndə seçilməsi ilə konfrans öz işini bitirdi.

ETİKETLƏR: